16 oktyabr 2016 20:40
Neftçi azarkeşləri həbs təhlükəsi ilə üz-üzə
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş "Zirə" - "Neftçi" oyununda qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin ikinci qolundan sonra qonaq komandanın fanatları "Neftçi" rəhbərliyini təhqir etməyə başlayıblar.
Məsələyə polis müdaxilə etmək məcburiyyətində qalıb. Polislər həmin azarkeşləri bölməyə aparmaq istəyiblər. Amma danışıqlardan sonra buna gərək duyulmayıb və azarkeşlər stadionu tərk ediblər.
