16 oktyabr 2016 20:00
Qəbələnin rəqibindən qələbə
Futbol üzrə Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Darmştadt"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Qeyd edək ki, 7 turdan sonra 11 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 7-ci pillədə qərarlaşıb.
