16 oktyabr 2016 17:00
Qarabağın rəqibi Atalanta ilə bacarmadı
Futbol üzrə İtaliya çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Atalanta" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 9 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.
