16 oktyabr 2016 14:00

İlqar Qurbanov: PAOK-la ev oyununda da yaxşı nəticə qazanacağımıza inanıram

"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt" üzərində qələbə qazandıqları (3:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Matçla bağlı fikirləriniz?
- Qələbə qazandığımız üçün şadam. Bu üç xal bizim üçün çox vacib idi. Bundan əvvəlki turda Qəbələdə uduzmuşduq. Bu gün liderlərlə aramızdakı xal fərqini azaltmaq istəyirdik. İlk yarıda ələ düşən şanslardan yaxşı yararlana bilmirdik. Amma ilk qoldan sonra hər şey qaydasına düşdü.

- Qolu çox gec vurmağınız gərginlik yaratmırdı?
- Vaxtında qol vura bilməyəndə əsəbləşirsən. Rəqib bizə qarşı güclü oynadı. Adətən belə müdafiə xəttini yarmaq çətin olur. Qolu gec vursaq da, oyuna nəzarət bizim əlimizdə idi. Komandamı qələbə münasibətilə təbrik edirəm.

- Qollardan birini də siz vurdunuz...
- Hücuma qoşulmaq mənim üçün asandır. Qol zamanı Arifin həmin zonaya ötürmə edəcəyini bilirdim. Ona görə də irəli gedib güclü zərbə endirdim. Gözəl qol alındı.

- "Qarabağ"ın Yunanıstan PAOK-u ilə oyun öncəsi özünə gəldiyini demək olar?
- Əlbəttə, bu qələbə bizdə özünəinamı daha da artıracaq. Allah eləsin ki, oktyabrın 20-də PAOK-a da qarşı belə uğurlu oyun keçirək. Müsbət nəticə qazanacağımıza inanıram.

- O oyunda da sizə şans veriləcəyini gözləyirsiniz?
- Buna baş məşqçi qərar verəcək. Heyəti o müəyyənləşdirir. Mənə şans verilsə, bundan maksimum yararlanmağa çalışacağam. Start heyətdə və ya sonradan meydana çıxmağım fərq etmir. Əsas odur ki, baş məşqçi mənə güvənsin.

- PAOK-u analiz etmisiz?
- Xeyr. Bütün diqqətimiz "Sumqayıt"la oyuna yönəlmişdi. Yunanıstan klubu barədə bundan sonra düşünəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.