16 oktyabr 2016 12:00
Bezotosnının quru seriyası 7-ci oldu
"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının "quru" seriyası qırılıb. Azerisport.az xəbər verir ki, cari mövsümdə qapısında qol görməyən Dima və komandası nəhayət, ötən gün Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"lə oyunda cəzalandı.
Bu qarşılaşmanın 48-ci dəqiqəsində qapısında qol görən ukraynalı qapıçının uğurlu seriyası da qırılmış oldu. O, 915 dəqiqəlik "quru" seriya ilə yadda qaldı.
Qeyd edək ki, bu göstərici Azərbaycan çempionatları tarixində yeddinci nəticə sayılır. Ən yaxşı göstərici "Turan"ın qapıçısı Nizami Sadıqova məxsusdur (1106 dəqiqə).
