16 oktyabr 2016 01:15
Qarabağın rəqibi xal itirdi
Futbol üzrə Çexiya çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Dukla" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Slovan" hazırda 9 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.
