Vüqar Latviyada 36-cı qolunu vurdu
Futbol üzrə Latviya birinci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Valmiera" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 67-ci dəqiqədə mübarizəyə qoşulub.
Oyunda hesabı komandasının bombardiri olan Vüqar açıb. O, 3-cü dəqiqədə fərqlənib. Amma komandası hər hissədə bir qol buraxmaqla meydanı məğlub tərk edib. Əsgərov 85-ci dəqiqədə sarı vərəqə də alıb.
Bu oyunda da fərqlənməklə Əsgərov vurduğu qolların sayını 36-ya çatdırıb. Həsənəliyev isə cari mövsümdə 10 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 56 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.
