16 oktyabr 2016 00:50
Dino Ndlovu Premyer Liqada vurduğu ilk qoldan danışdı
"Qarabağ"ın hücumçusu Dino Ndlovu Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, 3:0 hesabıyla qalib gəldikləri oyunda milli çempionatımızda ilk qolunu vuran legioner futbolçu bununla bağlı fikirlərini dilə gətirib:
"Meydanda nə etməli olduğumuzu yaxşı bilirdik. Elə də etdik. Əsas odur ki, meydanı 3 xalla tərk etdik. "Qarabağ"dakı ilk qolumu "Fiorentina"ya vurmuşdum. Amma "Sumqayıt"a vurduğum qol da daha vacibdir. Daha vacib olan isə komandanın uğurudur, mənim qol vurmağım yox".
