16 oktyabr 2016 00:40

Asif Məmmədov: Heç-heçə ədalətli nəticə oldu

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Matçın gedişində məğlub duruma düşsək də, bərabərlik qolunu vura bildik. "İnter Arena"nın süni örtüyündə oynamaq çətin idi. Xüsusilə də Qəbələdəki ot örtüyündə oynadıqdan, məşq etdikdən sonra. Təbii ot örtüyündə oynasaydıq, hər şey fərqli ola bilərdi.

- "Qəbələ" bu oyunda iki futbolçusunu itirdi...
- Elə bu cür zədələrə görə belə meydançalardan imtina olunsaydı, yaxşı olardı. Futbol üçün bu, çox təhlükəlidir. Mən təxminən səkkiz il burada oynamışam. Hər iki aydan bir zədə alırdım. Şükür Allaha ki, "Qəbələ"də belə problem yoxdur.

- Bu oyunda həm də cari mövsümdə ilk dəfə qapınızda qol gördünüz...
- Nə vaxtsa qol buraxmalı idik. Bu da "İnter"lə oyuna təsadüf etdi.

- Bu mövsüm hələ ki, yalnız "İnter"lə oyunlarınız alınmır. Onlarla ilk dövrədəki oyununuz da heç-heçə bitmişdi.
- Həmin oyunda qalib gəlməli idik. Lakin çoxsaylı qol şansını boşa verdik. Hətta penaltini də vura bilmədik. Bu oyunda da pis çıxış etmədik. Xüsusilə də ikinci hissədə. Mən "İnterlə səfərdəki heç-heçəni pis nəticə saymıram.

- Sizə elə gəlmir ki, rəqib daha yaxşı təsir bağışlayırdı və qələbəyə də yaxın idi?
- Elə deməzdim. Nəticə oyuna görə oldu.

- Bu mövsüm pis çıxış etmirsiniz. Robert Prosineçkinin sizi milliyə dəvət edəcəyinə ümidiniz var idi?
- Əlbəttə. Bütün futbolçular kimi, mən də yığmada oynamaq istəyirəm. Amma DÇ-2018-in son seçmə oyunlarına dəvət almadığım üçün məyus oldum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.