16 oktyabr 2016 00:20
Elnur Cəfərov 45 dəqiqə oynadı
Futbol üzrə Xorvatiya ikinci liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "İmotski" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Elnur bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 18 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.
