16 oktyabr 2016 00:10
Məsimovsuz Domjale qalib gəldi
Futbol üzrə Sloveniya çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rudar"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Samir əvvəlki 12 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 13 turdan sonra 23 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
