15 oktyabr 2016 23:50
Ramaldanovun komandası 3 xalı tək qolla qazandı
Futbol üzrə Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.
Poti təmsilçisi səfərdə Batumi "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 8 turdan sonra 15 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.
