15 oktyabr 2016 23:40
Ufuk Budak Beşiktaşa qarşı 90 dəqiqə oynadı
Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Beşiktaş" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Ufuk bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kayserispor" 7 turdan sonra 5 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
