15 oktyabr 2016 20:40
Samir Abasov: Qarabağ oynamadı, məşq etdi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qarabağ" bu gün oynamadı, məşq etdi. Biz bu bərbad oyunu tez bir zamanda unutmalıyıq. Əsl səviyyəmiz bu deyil. Növbəti turda doğma meydanda "Qəbələ"yə qalib gəlməyə, sumqayıtlı azarkeşləri sevindirməyə çalışacağıq. Sırf bu gün oyunumuzun niyə alınmadığını isə dəqiq deyə bilmərəm".
