15 oktyabr 2016 19:00
Dabo Sent-Etyenə qarşı oynamayacaq
"Qəbələ"nin hücumçusu Baqali Dabo sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"lə səfər qarşılaşmasının son dəqiqələrində zədələnib.
Klubdan aldığımız məlumata görə, Dabo 2-3 həftəlik sıradan çıxıb. Bu üzdən də onun qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı səfər oyununda meydana çıxmayacağı dəqiqdir.
