15 oktyabr 2016 18:30
Zaur Svanadze: Qələbə qazanmaq istəyirdik
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qələbə qazanmaq istəyidik. Amma "Qəbələ" də uduzmaq istəmirdi və sonda öz qolunu vura bildi. Komandamdan razı qaldım. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Sarı vərəqələrin hamısını bir futbolçuya qarşı mübarizə zamanı qazanmağımız futbolda olan haldır. Sadəcə, ona təəssüflənirəm ki, Bayramov və Qırtımovun növbəti turu buraxmalı olmasıdır. Rauf Əliyevə gəlincə, belə oynamağa davam etsə, yenə yığmaya dəvət alacaq". (CBC)
