15 oktyabr 2016 14:30
Pərdis Fərcad-Azad: İnter çempion ola bilər
"İnter"in yarımmüdafiəçisi Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızda hər şey yaxşıdır. Bu oyunda qələbə qazana bilərik. Düzdür, "Qəbələ" də bizim kimi güclü komandadır. Maraqlı oyun olacaq. Qalib gəlməyə çalışacağıq. Çempion ola bilərik. Mən buna inanıram. Komandamızda əla atmosfer var. Hər kəs bir-biri ilə qardaş kimidir. Amma aydın məsələdir ki, indidən çempionluq haqda danışmaq tezdir. Bunun üçünü sadəcə, rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxmaq lazımdır".
