15 oktyabr 2016 14:00
Mirhüseyn Seyidov: Qəbələ hazırda ən yaxşı formada olan komandadır
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, turun mərkəzi oyunudur. Çünki hər iki komanda çempionatda məğlubiyyətsiz irəliləyir. Bu baxımdan maraqlı oyun olacaq. Rəqibimiz güclü komandadır. "Qəbələ" hazırda çempionat iştirakçıları arasında ən yaxşı formada olan komandadır. Buna baxmayaraq, rəqibdən çəkinmirik. "Qəbələ"ni doğma meydanda qəbul edəcəyik. Bu üzdən də qələbə qazanıb, 3 xal əldə etməliyik. Ən azından heç-heçə etməyə borcluyuq".
