15 oktyabr 2016 13:30
Ansi Aqolli: Sumqayıta qalib gəlmək çətin olacaq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyunda şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la oyuna ciddi hazırlaşmışıq. Bütün diqqətimiz bu matça yönəlib. Rəqib bu mövsüm yaxşı futbol sərgiləyir. Onlara qalib gəlmək çətin olacaq. Ümumiyyətlə, bu mövsüm asan oyun yoxdur. Amma bu görüşdən maksimum xalla ayrılmaq istəyirik".
