15 oktyabr 2016 13:00
Elxan Abdullayev: Fasilə Neftçiyə müsbət təsir edəcək
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız fasilədən yaxşı yararlandı. Bu, "Neftçi"yə müsbət təsir edəcək. Çatışmazlıqlar var idi ki, onların üzərində çalışmışıq. "Kəpəz" üzərindəki qələbədən sonra irəli baxmalıyıq. Bir qələbə ilə kifayətlənmək olmaz. Vəziyyətdən çıxmaq üçün hər matçdan qalib ayrılmağa çalışmalıyıq. "Zirə" yaxşı və güclü komandadır. Statistikaya baxsaq, indiyə kimi onlara qalib gəlməmişik. Bu mənfi statistikanı dəyişmək lazımdır".
