15 oktyabr 2016 12:30
Neftçi latviyalı futbolçudan imtina etdi
Məlum olduğu kimi, "Neftçi" dünən müqavilə imzaladığı qapıçı Boban Baykoviç və yarımmüdafiəçi Enrike Jonas Pessalli ilə birgə, latviyalı futbolçu Aleksandr Fertovu da baxışa dəvət etmişdi. Azerisport.az xəbər verir ki, onun hazırlıq səviyyəsi və oyunu məşqçilər korpusunu qane etməyib.
Bu üzdən də latviyalı yarımmüdafiəçi geri qaytarılıb.
