15 oktyabr 2016 11:00
Vurğun Hüseynov: Qarabağa uduzmaq istəmirik
"Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi ciddi qarşılaşma gözləyir. Bu görüşə yaxşı hazırlaşmışıq. Asan olmayacaq. Çünki rəqib "Qarabağ"dır. Buna baxmayaraq, uduzmaq istəmirik. Qələbə bizə həm də turnir cədvəlinin üst pillələrində möhkəmlənməyə imkan verəcək".
