15 oktyabr 2016 00:45
Əzizov oynadı, komandası 3 qola sevindi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Kambuur"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Ziya bu görüşün 87-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Den Boş" 10 turdan sonra 11 xalla 20 komanda arasında 15-cidir.
