15 oktyabr 2016 00:40
Nazarov oynamadı, komandası qalib gəldi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Sankt Pauli" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nazarovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Ersgebirge" 9 turdan sonra 10 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
