15 oktyabr 2016 00:20
Samir Abasov: Qarabağla ən azı heç-heçə edə bilərik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki yoxdur. Sadəcə, bəzi oyunçularda soyuqdəymə var. Oyun günü hansısa futbolçumuzda hərarət olmasa, matça döyüşkən heyətlə çıxcağıq. Fasilə dövründə yaxşı çalışmışıq. Rəqibin də bizimlə oyuna döyüşkən heyət çıxaracağına şübhə etmirəm. Bacarığımız nəyə çatırsa, onu da edəcəyik. Rəqibdən qorxmuruq. Uğurlu nəticə qazana bilərik. Komandamızda təcrübəli futbolçular var. Fikrimcə, ən azı heç-heçə edə bilərik".
