14 oktyabr 2016 23:00
Qarabağ 6, Qəbələ tək qolla qalib gəldi
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 8-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Qeydə alınan nəticələri təqdim edirik:
Əvəzedicilərin çempionatı
8-ci tur
14 oktyabr (cümə)
“İnter” – “Qəbələ” - 0:1
Qol: Tellur Mütəllimov, 17.
“Qarabağ ” – “Sumqayıt” - 6:0
Qollar: Vüqar Nadirov, 4; 10. İbrahim Aslanlı, 8. Nicat Abbasov, 60. Ruslan Hacıyev, 64. Şahin Əliyev, 89.
