14 oktyabr 2016 17:50
Ansi Aqolli: İspaniya ilə oyun karyeramın ən çətin görüşü oldu
Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunları şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Albaniya yığmasının seçmə mərhələdəki vəziyyəti yaxşıdır. Biz Makedoniya və Lixtenşteynə qalib gəlmişik, İspaniyaya uduzmuşuq. Bunda da xüsusi problem yoxdur. İspanlarla matç həm mənim, həm də komanda yoldaşlarım üçün çox vacib idi. İspaniya yığması nəhəng komandadır və belə rəqiblə hər gün üz-üzə gəlmirsən. Bu görüş karyeramda ən çətin oyun idi. Layiqli mübarizə aparmaq istəyirdik. Fikrimcə, buna nail olduq".
