Arazdan 15 qolluq qələbə!
Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində bu gün sonuncu - üçüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Traykovski adına İdman Mərkəzində yerli “Jelezarets”lə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz ilk turda Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandasına 7:1, ikinci turda isə Kosovo çempionu "Feniks"ə 1:0 hesabı ilə qalib gəlməklə UEFA Kubokunun elit mərhələsinə vəsiqəni təmin etmişdi. Son turda Azərbaycan çempionu uduzsa belə, rəqiblərindən heç birinin onu qabaqlamaq şansı yox idi.
Buna baxmayaraq, Naxçıvan klubu ardıcıl üçüncü oyunundan da qalib ayrılmağı hədəfləmişdi. Özü də "Araz" bu dəfə daha böyük hesabla qələbə qazanıb və qrup mərhələsini ilk pillədə başa vurub.
Turun digər oyununda TDU ilə "Feniks" qarşılaşıb. Kosovo çempionu 7:3 hesabıyla qalib gəlib.
UEFA Kuboku, əsas mərhələ
2-ci qrup
14 oktyabr
"Araz" - "Jelezarets" - 15:4 (8:1)
Qollar: Bolinya, 2 (1:0). Nikolovski, 5 (1:1). Bolinya, 6 (2:1). Atayev, 11 (3:1). Bolinya, 14 (4:1). Bolinya, 16 (5:1). Bolinya, 18 (6:1). Çovdarov, 20 (7:1). Çovdarov, 20 (8:1). Vassura, 23 (9:1). Atayev, 26 (10:1). Bağırov, 27 (11:1). Stoymenov, 28 (11:2). Lekik, 33 (11:3). Krstevsi, 33 (11:4). Vassura, 35 (12:4). Bolinya, 36 (13:4). Bağırov, 38 (14:4). Atayev, 39 (15:4).
Qırmızı vərəqə: Stoyanovski, 30 (J).
"Araz" bu oyunda aşağıdakı heyətlə mübarizə aparır: Rövşən Hüseynli, Everton, Xətai Bağırov, Bolinya, Vassura - Anar Məmmədov, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), İsa Atayev, Oqtay Rüstəmli.
Turnir cədvəli: "Araz" - 9, "Feniks" - 6, TDU - 3, "Jelezarets" - 0.
