14 oktyabr 2016 16:30
Vurğun Hüseynov: Cavid Hüseynovun futbola qayıtmasını gözləyirik
"Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun həbsdən azad olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, Cavidi vaxtından tez buraxdılar. O, ailəsinin yanına döndü. Bu, çox önəmlidir. Artıq onun futbola qayıtmasını gözləyirik. Şəkillərini görmüşəm. Artıq çəkisinin olmadığı görünür. Bu üzdən də yaşıl meydana dönüşü tezləşə bilər. Özündən çox şey asılıdır. Amma əsas odur ki, artıq azadlıqdadır. Cavid yaxşı insandır".
