14 oktyabr 2016 15:00
Ayaz Quliyev: Ramil Şeydayevin Çexiyaya qarşı oyunu xoşuma gəldi
Rusiyanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox şadam ki, Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində belə uğurlu çıxış edir, hazırda qrupda ikinci yerdə gedir. Bunun gözlənilməz olduğunu deməzdim. Çünki Norveç və Çexiya superkomanda hesab olunmur. Futbolçulara əhsən ki, belə oynadılar. Bu tempdə də davam etmək lazımdır. Komandanın qrupdan çıxmaq şansı var. Ramil Şeydayevə gəlincə, onun oyunu xoşuma gəldi. Xüsusilə də Çexiyaya qarşı oyunda".
