14 oktyabr 2016 14:40

“Azərbaycana gəldiyim üçün peşman deyiləm”

“Kəpəz”in portuqaliyalı futbolçusu Serjinyo klub saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Serjio, ilk dövrədə “Kəpəz”in çıxışı haqda nə deyə bilərsən?
- Çempionat maraqlı keçir. İlk dövrədə futbolda olan hər 3 nəticəyə imza atmışıq. Düşünürəm ki, 7 xal toplamaq pis nəticə deyil. Əlbəttə, xalımız daha çox olmalı idi. Komandamız daha artığını edə biləcək gücdədir. Məncə, ilk dövrədə ən pis nəticəmiz AZAL-la evdə heç-heçə oynamağımızdır. Onları məğlub edə bilsəydik, həm xal ehtiyatımız artardı, həm də turnir cədvəlində bir pillə irəlidə olardıq.

- Öz oyunun haqda nə deyə bilərsən?
- Ölkənizə gələndə yerli mühitə uyğunlaşmaq üçün xeyli vaxt tələb olundu. Əvvəl hadisələr mən istədiyim kimi getmirdi. Lakin vaxt irəlilədikcə tədricən hər şey yoluna düşməyə başladı. Fikrimcə, oyunumda müəyyən irəliləyişlər var. Bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir, Azərbaycana gəldiyim üçün peşman deyiləm.

- Demək, “Kəpəz”də olmaqdan məmnunsan?
- Bəli, burda hər şey məni qane edir. Klubda yaxşı insanların əhatəsindəyəm. Həm futbolçu, həm də bir şəxs kimi təcrübə qazandım. Baş məşqçimiz Şahin Diniyev də mənə çox kömək edir. Bütün oyunçular bir-biri ilə mehribandırlar, bu da yaxşı haldır.

- Azarkeşlər haqda nə deyə bilərsən?
- Fanatlarımızın çox olması biz futbolçuların ürəyincədir. Onlar həmişə bizi dəstəkləyirlər, həvəsləndirici mesajlar göndərirlər. Gəncədəki ev oyunlarımızda atmosfer lap əla olur. Stadionumuzda yaxşı futbol göstərmək üçün ideal mühit var.

- Sonuncu sual. Komanda yoldaşlarından Dario Federiko və Renan Alveslə daha yaxın olduğun görünür. Bu nə ilə bağlıdır?
- Komandada hamının bir-biri ilə münasibəti yaxşıdır, futbolçular əla kollektivin bir hissəsidirlər. O ki, qaldı sizin sualınıza, biz üçümüz həmişə bir yerdəyik. Eyni dildə danışmağımız da bizə kömək edir. Onu da deyim ki, bir-birimizi illərdir ki, Portuqaliyadan tanıyırıq. Dario ilə vətənimdə bir yerdə oynamışıq. Renanla da münasibətim orada yaranmışdı. Amma böyük dostluğumuz Azərbaycanda qurulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.