14 oktyabr 2016 13:20
Franyiç: Prosineçkinin uğuruna sevinirəm
"Qəbələ"nin xorvatiyalı yarımmüdafiəçisi Petar Franyiç həmyerlisi Robert Prosineçkinin çalışdırdığı Azərbaycan yığmasının uğurlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması Norveç və Çexiya ilə oyunlarda əsl xarakter göstərdi. Üç oyundan sonra 7 xal əla nəticədir. Prosineçki də mənim kimi, xorvatdır. Buna görə də onun uğurlarına sevinirəm. O, yaxşı komanda yarada bilib. Ümid edirəm ki, Azərbaycan yığması bu tempdə davam edəcək və qrupda yüksək yerlərdən birini tutacaq".
