Samir Abasov: Yığmamızda 80 000 manatdan da çox mükafatlar olub
Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Samir Abasov milli üzvlərinə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qələbə (1:0) və Çexiya ilə heç-heçəyə (0:0) görə verilən mükafatla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, əsas heyətdə meydana çıxan futbolçular iki oyuna görə 80 000 manat mükafat əldə ediblər:
"80 000 manat? Azərbaycan yığmasında bundan da böyük məbləğdə mükafatlar olub. Bunu siz özünüz də gözəl bilirsiniz. Komandamız bu pula layiq idi. Qoy xərcləsinlər. Amma böyük qardaş kimi məsləhət görürəm ki, qətiyyən arxayınlaşmasınlar. Qarşıda Şimali İrlandiya ilə çətin səfər oyunu var. Onlar səviyyəni qaldırdılar. Artıq bütün ölkə millimizdən daha böyük uğurlar gözləyir. Klublarında öz üzərlərində daha çox çalışmalıdırlar. Düşünməməlidirlər ki, buna nail olduqsa, yığmaya yenə dəvət alacağam".
