14 oktyabr 2016 12:20
Neftçinin müdafiəçisi bir aylıq sıradan çıxdı
"Neftçi"nin müdafiəçisi Məqsəd İsayev zədələnib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, İsayev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Buna səbəb futbolçunun ayaq əzələlərinin zədələnməsidir. Onun təxminən bir ay müddətinə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
