14 oktyabr 2016 11:30
Karel Yarolim: Azərbaycan ilə oyunda daha sərt təzyiq göstərməli idik
Futbol üzrə Çexiya yığmasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyundan (0:0) danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Təəssüf ki, Azərbaycanla oyuna yaxşı başlaya bilmədik. Bu, çox vacib idi. Üç oyun keçirib hələ də qol vura bilməməyimizə çox təəssüflənirəm. Qələbə qazanmaq istəyiriksə, qol vurmağa başlamalıyıq. Azərbaycanla oyunun videoyazısını diqqətlə izlədim. Mənə elə gəlir ki, Azərbaycan yığmasının müdafiə xəttini yarmaq üçün daha sərt təzyiq göstərməli idik. Amma biz çoxsaylı qol imkanını boşa verdik. Hətta iki hücumçu ilə oynamağımızın da köməyi olmadı".
