14 oktyabr 2016 01:00

Azərbaycan yığmasının ən bahalı futbolçuları

Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində uğurlu çıxışı ilə son günlər diqqət mərkəzindədir. Azerisport.az xəbər verir ki, millimizin üzvləri arasında fərdi göstəricilərinə görə də irəli gedənlər, geyiləyənlər var.

Bu, onların bazardakı qiymətinə də təsirsiz ötüşmür. Bu yazıda da məhz millimizə dəvət alan futbolçuların transfer qiymətlərindən söz açacağıq.

Yığma üzvləri arasında son bir ilə əsasən qiymətini ən çox artıran Bədavi Hüseynovdur. 25 yaşlı müdafiəçi qiymətini 450 000 avrodan 700 000-ə qaldırıb. Onu 350 000-dən 500 000 avroya qədər bahalaşan Maksim Medvedev izləyir.

Araz Abdullayev 400 000 avro idisə, indi onun transfer qiyməti 500 000 avro göstərilir. Qara Qarayev isə elə əvvəlki qiymətindədir - 500 000 avro.

Qara Qarayev kimi, Səlahət Ağayevlə Məhəmməd Mirzəbəyov da "sabitlərdəndir". Bu iki oyunçu əvvəlki kimi, 400 000 avro dəyərindədir.

Əfran İsmayılov qiymətini 50 000 avro bahalaşdırmağı bacarıb və indi onun transfer dəyəri 350 000 avro həddindədir.

Ruslan Abışov 400 000 avrodan 350 000-ə düşüb.

Arif Daşdəmirov da geriyə gedənlərdəndir. 100 000 avro ucuzlaşan bu futbolçunun transfer qiyməti 300 000 göstərilir.

Ruslan Qurbanovla Namiq Ələsgərov da 300 000 avroyadır. Birinci 150 000, ikinci isə 200 000 avroluq yüksəlişə nail olub.

Ağabala Ramazanov 150 000 avroluq bahalaşaraq, indi 250 000 avro dəyərindədir. Rahid Əmirquliyevdə də qiymət 250 000 avrodur, amma o, bu baxımdan 100 000 avro "itirib".

Rauf Əliyevdə də qiymət 250 000 avrodur. O, əvvəlki səviyyəni qoruyub.

Rəhman Hacıyev də 200 000 avroluq dəyərini qoruyub saxlayıb. Amma kapitan Rəşad Sadıqov 300 000 avrodan 100 000 "itirib".

Tərlan Quliyev dəyişməz olaraq qalıb - 150 000 avro. Anar Nəzirov isə 50 minlik geriləmə ilə Quliyevin qiymətinə düşüb.

Qeyd edək ki, materialın hazırlanmasında daha çox "Transfermarkt" portalının, eləcə də digər mənbələrin məlumatlarından istifadə olunub.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.