Əfran İsmayılov: Bunda Robert Prosineçkinin böyük rolu var
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışına qiymət verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç oyuna yeddi xal bir qədər gözlənilməz oldu. Xoşbəxtlikdən, yığmamızın işləri yaxşı gedir. Əsas odur ki, komandada inam, istək var. Burada baş məşqçinin böyük rolu var. Komandada bu istəyi, inamı Robert Prosineçki yaradıb. O, ilk günlərdən bizə deyirdi ki, istənilən rəqibdən xal almaq, ona qalib gəlmək lar. Bizim buna yetəcək gücümüz də var. Sevindirici haldır ki, artıq onun dedikləri özünü nəticələrdə də göstərir. Amma arxayınlaşmaq olmaz. Uğurlarımızın davamını gətirmək üçün əlimizdən gələni etməliyik. Gələn ay bizi Şimali İrlandiya ilə səfər oyunu gözləyir. Oradan da ən azı bir xalla qayıtmağa çalışacağıq. İnanıram ki, yığmamız üçün hər şey yaxşı olacaq".
