Ebesilio: Qəbələdə məndən heç də hamının xoşu gəlmirdi
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Ebesilio keçmiş klubu ilə bağlı xatirələrini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycanda sanki tam başqa bir yarış idi. Ola bilsin ki, bu, yaxşı çıxış etdiyimizə görədir. Amma klubdakı insanlar bizim üçün hər şeyi edirdilər. Problemin var idisə, dərhal həll edirdilər. Lakin bunun əks tərəfləri də var idi. Məsələn, mən "Qəbələ"nin heç də bütün futbolçularının xoşuna gəlmirdi. Bu, hiss olunurdu. Futbol rəqabət oyunudur.
Marat İzmayılov qəsdən zədəli olduğunu deyirdimi? O, komandaya gələndə yüz faiz sağlam olmadığını hiss etmişdim. Əlbəttə, Marat xüsusi futbolçu ola bilərdi, bir-iki toxunuşla oynamağı bacarardı. Amma hansısa oyundan bir gün sonra əzələsində ağrı olduğunu bildirirdi, məşqlərdə ləng davranırdı. Yadımdadır, onun həmişə dizi ağrıyırdı.
Bir dəfə İzmaylovun qaldığı otağa getdim, soruşdum ki, "Necəsən?" Onun növbəti oyuna hazır olmasını istəyirdim. İzmayılov qayıtdı ki, "Bilmirəm, ayağımda bir az ağrı var. Baxacağıq". O, Syominə də yorğunluqdan, ayağındakı ağrıdan şikayətləndirdi. Syomin də bilmirəm zarafatla və ya ciddi, dedi ki, "Yaxşı, yorğunsan, forma toplamağın lazımdır. Meydanın kənarında bir neçə dəfə dövrə vurmaqla aran necədir?" (Матч ТВ)
