13 oktyabr 2016 22:00

Baqali Dabo: Fransaya qayıtmaq planım yoxdur, Türkiyədə oynamaq istərdim

"Qəbələ"nin hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- "Qəbələ"yə keçidiniz necə alındı?
- "Kretey"dəki situasiya artıq məni qane etmirdi. Özümü orada görmürdüm. Liqa-2 klublarından və xaricdən bir neçə dəvət var idi. Sonda "Qəbələ"ni seçdim. Özümü fərqli çempionatda sınamaq istəyirdim. Avropa Liqasında oynamaq şansı da seçimimə təsir göstərdi. Öncə Avroliqada bütün təsnifat mərhələlərini uğurla keçəcəyimi gözləmirdim. Amma sonradan elə alındı ki, öz-özümüzə dedik, niyə də bu yolu sonadək davam etdirməyək?

- Avroliqada oynamaq necədir?
- Bu turnirdə çıxış etdiyimiz üçün çox şadam. İlk iki təsnifat mərhələsində məni daha çox komandaya uyğunlaşmaq üçün meydana buraxdılar. Çünki ona qədər Avroliqada 1 dəqiqə də oynamamışdım. Həmin oyunlarda heç Avroliqanı tam dərk etmirdim. Bu turniri tam olaraq üçüncü təsnifat mərhələsi çərçivəsində Fransa "Lill"i ilə oyun zamanı dərk etdim. Çox təşkilatlanmış oyun sərgilədik. Atmosfer gözəl idi. Eyni sözləri Sloveniya "Maribor"u ilə oyuna da aid edərdim. Dəstək də möhtəşəm idi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün var gücümüzü sərf etdik. Qrup mərhələsinə vəsiqə qazanarkən "Lill" üzərindəki qələbədən daha çox sevincli idim.

- "Qəbələ"də həyat necədir?
- Qəbələdə 5 ulduzlu oteldə qalırıq. Otel demək olar ki, boş olur. Belə sakit atmosfer hansısa toplanış zamanı yaxşıdır. Amma biz bütün ili buradayıq. Rəqiblərimizdən xüsusi olaraq "Qarabağ"ı qeyd edərdim. İnkişafda olan komandadır. Onlar da ötən mövsüm Avroliqada çıxış etmişdilər. Son üç mövsümdə çempion olan bu klubla yanaşı, "Qəbələ" hazırda Azərbaycan ən yaxşısı hesab olunur.

- Bombardir olduğunuzu nəzərə alsaq, uyğunlaşma baxımından hər şeyin normal olduğunu demək olar?
- İlk oyunlarda kollektivə tam uyğunlaşmadığımı hiss edirdim. Həm də hərdən yarımmüdafiədə çıxış edirdim. Amma daha çox hücum keyfiyyətlərimi nümayiş etdirməyə çalışıram və çox yaxşı alınır.

- "Qəbələ"də legioner çoxdur. Ünsiyyət qurmaqda çətinlik olmur?
- Bu baxımdan hər şey asandır. Əksəriyyət ingilis dilində danışır, rus dilində də danışan çoxdur. Serblər, xorvatlar, ukraynalılar bir-birini daha asan başa düşürlər. Amma mən ingilis dilindən istifadə edirəm. Çünki rusca mənlik deyil.

- Bütövlükdə, Azərbaycan futbolunda səviyyə necədir?
- Buradakı çempionatda mübarizə aparan komandalar daha çox Liqa 2, eləcə də Liqa 1-in ortabab və aşağı səviyyəli klublarına bənzəyir. Hazırda turnir cədvəlində üst pillələrdə yer alan komandalar çox yüksək səviyyədədir. Digər komandalarda isə fiziki hazırlıq, təcrübə baxımından çatışmazlıqlar özünü göstərir. O qədər də təşkilatlanmış oyun göstərmirlər. Amma "Qarabağ"la oyun tam fərqli səviyyədir. Onlara qarşı mübarizə aparmaq həm fiziki, həm də texniki baxımdan çox çətin idi.

- Eviniz üçün darıxmırsınız?
- Buradakı həyat tez-tez olduğum Türkiyəyə bənzəyir. Buradakı yeməklər və dil mənə Türkiyəni çox xatırladır. Çünki azərbaycanlıların dili türklərinkinə çox yaxındır. Qəbələ çox sakit yerdir. Amma Bakıda imkanlar daha çoxdur.

- Azərbaycanda çox qalmağı düşünürsüz?
- İki illik müqavilə imzalamışam. Fransaya qayıtmaq üçün heç bir planım yoxdur. Amma daha böyük uğurlara imza atmaq üçün mütləq çalışacağam. Məsələn, niyə də Türkiyə və daha böyük futbol ölkələrində oynamayım? Amma Fransa mənim üçün prioritet deyil.

(Foot Mercato)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.