13 oktyabr 2016 18:20

“Finlandiya ilə oyunda bizdə sadəcə, qol vurmaq alınmadı”

Azərbaycanın gənclərdən ibarət yığma komandasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin azerisport.az saytına müsahibəsi

- AÇ-2017-nin başa çatan seçmə mərhələsini Azərbaycan U-21-i üçün necə dəyərləndirərdin?
- Tsikl bizim üçün o qədər də sabit keçmədi. Avstriyaya böyük hesabla məğlub olmağımız bizə sonrakı oyunlarda da təsir etdi.

- Bəs öz oyunun barədə nə deyə bilərsən?
- Öz oyunum barədə heç vaxt danışmıram. Bu barədə məşqçilərimizin danışması daha doğru olar.

- Millimiz son oyunda Finlandiya ilə səfərdə qolsuz heç-heçəyə razılaşdı...
- Bu matçda yaxşı oynadıq. Rəqib qapısı qarşısında xeyli qol vəziyyətimiz də oldu. Sadəcə, qol vurmaq alınmadı.

- Eyni zamanda bu komandaya Bakıdakı məğlubiyyətin qisasını almaq mümkün olmadı...
- Bəli. Bunu çox istəyirdik. Ancaq alınmadı. Təəssüf ki, nə Finlandiyaya qalib gələ bildik, nə də ondan öncəki Farer adalarına (1:1).

- Bu, sənin U-21-də sonuncu oyunun idi. Səncə, bundan sonra gənclər yığmamızın qapıçısı kim olacaq?
- Bilmirəm.

- Bundan sonra yeni hədəf əsas millimizə dəvət almaq olmalıdır. Bunun üçün isə "Qarabağ"da İbrahim Şehiç, Boyan Şaranov və Emil Balayevlə rəqabətdən qalib çıxmaq lazımdır...
- Hələ gəncəm, karyeram qarşıdadır. Hər şeyə pozitiv yanaşıram. Fikrimcə, hər şey mənim üçün yaxşı alınacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.