13 oktyabr 2016 17:40
Totti 1-ci, Reynaldo 9-cu sırada
UEFA bu mövsüm Avropa Liqasında iştirak edən bütün klubların heyətindəki futbolçularla bağlı maraqlı statistika hazırlayıb. Azerisport.az xəbər verir ki, siyahıda hazırda bu turnirdə oynayan və indiyə qədər ən çox qol vuran futbolçuların göstəriciləri açıqlanıb.
Ən məhsuldar futbolçu İtaliyanın "Roma" klubunun kapitanı Françesko Tottidir. Əfsanəvi futbolçu indiyə qədər Avroliqada 38 qola imza atıb.
Siyahıda Azərbaycan klublarının da ən qolçu oyunçları göstəririlib. "Qarabağ"ın hücumçusu Reynaldo Avroliqa iştirakçısı olan bombardirlər siyahısında 10 qolla 9-cu sırada qərarlaşıb.
"Qəbələ"nin ən məhsuldar futbolçusu isə Sergey Zenyovdur.
