Saşa Yunisoğlu: Millimiz qrupdan çıxmaq şansını əldən verməməlidir
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki çıxışına qiymət verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan öncə də millimizin Norveç və Çexiya ilə oyunlardan 4 xalla ayrılacağını söyləmişdim. Elə də oldu. Yığmamız əla nəticəyə imza atdı. Uşaqlar aslanlar kimi vuruşdular, layiqli uğur qazandılar. Bu tarixi nəticə münasibətilə bütün azarkeşlərimizi təbrik edirəm. Qarşıda Şimali İrlandiya ilə oyun var. Bu oyundan da uğurlu nəticə gözləyirəm. Qrupdan çıxmaq üçün əla şans var və bu şansı əldən vermək olmaz. Əlbəttə, buna nail olmaq çətin olacaq. Amma üç oyuna 7 xal toplamışıqsa, onu artıra da bilərik. Yığmamıza qrupdan çıxmağı və Rusiyada keçiriləcək DÇ-yə yollanmağı arzu edirəm. Bu, super olardı".
