13 oktyabr 2016 16:20
Dinamo - Qəbələ matçının hakim təyinatları açıqlandı
UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” ilə “Dinamo” (Moskva, Rusiya) arasındakı cavab matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, Rusiyada keçiriləcək ikinci oyunu moldovalı hakimlər briqadası idarə edəcək.
Oktyabrın 19-da baş tutacaq matçın baş hakimi Dimitru Muntian olacaq. Onun köməkçiləri isə həmyerliləri Vyaçeslav Sivaçev və Anatoli Basyuk olacaq. Oyunun dördüncü hakimi funksiyasını rusiyalı Yuri Baskakov yerinə yetirəcək.
