13 oktyabr 2016 15:30
Çexlər yığmamızla oyunun ən yaxşısı ilə ən pisinin adını açıqladılar
Çexiya mətbuatı bu ölkənin yığma komandasının üzvlərinə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdiyi oyuna görə qiymət verib. Azerisport.az xəbər verir ki, Ostravada baş tutan və qolsuz bitən oyunun ən yaxşı futbolçusu Vatslav Kadleç seçilib (4,02).
Qapıçı Tomaş Vatslik və müdafiəçi Teodor Gebre Selassie isə ən zəiflərdən olub. Millimizin rəqibinin futbolçularına verilən orta qiymət 3,34 olub.
