13 oktyabr 2016 16:00

Araz Abdullayev: Millinin son nəticələri göstərdi ki, biz də oynaya bilirik

"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin azerisport.az saytına müsahibəsi

- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdiyiniz səfər oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Çexiyanı Avropanın ən yaxşı komandalarından biri adlandırardım. Buna baxmayaraq, onlara qarşı səfər oyununda müsbət nəticə qazanmağı bacardıq. Öz gücümüzə inanırdıq. Əmin idik ki, bu oyundan xalla qayıda bilərik. Mən son dəqiqələrdə meydana çıxdım. Komandamızın səfərdən xalla qayıtması üçün kömək etməyə çalışdım.

- Meydana çıxarkən baş məşqçinin sizə hansı tapşırıqlar verdiyini bilmək olar?
- Komandamızın əks-hücumlar qurmasına kömək etməli idim. Baxmayaraq ki, son dəqiqələrdə hesabı qorumağımız da önəmli idi. Fikrimcə, bütün futbolçular öz tapşırıqlarının öhdəsindən lazımınca gəldi.

- Millimiz üç oyundan sonra 7 xal toplayıb, qol buraxmayıb. Azərbaycan yığması artıq seçmə mərhələnin ən sürpriz komandası hesab olunur...
- Elədir. Bu cür uğur qazanacağımıza çox az adam inanırdı. Komandamızda özünəinamın artması, rəqiblərimizdən heç də pis təsir bağışlamamağımız gözəldir. Bu, onu göstərir ki, biz də oynaya bilirik.

- Noyabrda millimizi daha bir çətin səfər - Şimali İrlandiya ilə oyun gözləyir. Yenə sürpriz nəticə gözləyək?
- Yenə döyüşkən xüsusiyyətlərimizi göstərməyə çalışacağıq. Son zamanlar bu, bizdə heç də pis alınmır.

- Yəqin ki, yığmadan klubunuzun düşərgəsinə yaxşı əhval-ruhiyyə ilə qayırdınız...
- Əlbəttə. Yığmada uğur qazananda istər-istəməz, kluba daha inamlı şəkildə qayıdırsan. Ümid edirəm ki, belə uğurlu çıxış həm yığmada, həm də komandamızda davamlı olacaq.

- Qışda sizin Avropa klublarından birinə keçəcəyiniz barədə yayılan məlumatlar nə dərəcədə doğrudur?
- Bunu indicə sizdən eşidirəm. Hələ heç nə yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.