13 oktyabr 2016 15:00
Deyan Kelhardan Boban Baykoviç açıqlaması
"Qəbələ"nin sabiq müdafiəçisi Deyan Kelhar "Neftçi"yə baxışa gələn qapıçı Boban Baykoviçlə bağlı fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən onunla "Srvena Zvezda"da birgə oynamışam. Boban seçilən oyunçulardandır. O, "Srvena Zvezda"da əla çıxış edirdi və komandanın bir nömrəsi idi. Sonradan Belçikanın "Lyers" komandasına yollandı. İndi hansı formada olduğunu, "Neftçi"yə nə dərəcədə kömək edəcəyini bilmirəm".
