13 oktyabr 2016 14:20

Millimizə veriləcək mükafat bəlli oldu: 1,5 milyon!

Futbol üzrə Azərbaycan yığmasının üzvlərinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qələbə (1:0) və Çexiya ilə səfər oyunundakı heç-heçəyə (0:0) görə nə qədər mükafat alacağına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, oyunçular üçün bu uğurlu nəticələrə görə, təxminən, 1 412 500 manat mükafat təyin olunub.

Belə ki, Norveç üzərində qələbədə pay sahibi olan və start heyətdə meydana çıxan hər futbolçu 50 000, Çexiya ilə heç-heçədə iştirak edənlər isə 30 000 manat mükafat əldə edəcəklər. Sonradan meydana çıxanlar isə müvafiq olaraq 35 000 və 22 500 manat mükafat qazanacaq. Ehtiyatda qalan futbolçular da yaddan çıxarılmayıb. Onlar ilk oyuna görə 25 000, son matça görə 15 000 manat mükafat əldə edəcəklər.

Məşqçilər korpusuna veriləcək mükafatların məbləği isə hələ bəlli deyil. Amma böyük ehtimalla ümumi mükafat məbləği 1,5 milyon manatdan çox olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.