Fiorentina rəsmiləri Tofiq Bəhramov adına stadiona baş çəkdilər
UEFA nümayəndələri və İtaliyanın "Fiorentina" klubunun rəsmiləri Azərbaycana gəliblər. Azerisport.az xəbər verir ki, səfərdə məqsəd Tofiq Bəhramov adına Respublika stadionunun hazırkı durumu ilə maraqlanmaq olub.
Qeyd edək ki, "Fiorentina" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidir. Ağdam klubu da Avroliqadakı ev oyunlarını məhz bu arenada keçirir. Adətən rəqib komandalar oyunun keçiriləcəyi arena ilə tanış olmaq üçün matçdan bir ay öncə stadionla tanışlığa gəlirlər. Amma italyanlar bunu ik ay əvvəldən etmək qərarına gəliblər.
Mərkəzi arenanın direktoru Şamil Quliyevin azerisport.az saytına verdiyi məlumata görə, qonaqlar gördüklərindən razı qalıblar. İtaliya klubunun rəsmiləri ot örtüyündən heç bir narazılıq etməyiblər. Yalnız UEFA nümayəndələri bəzi məqamlarla bağlı iradlarını və tövsiyyələrini bildiriblər.
