13 oktyabr 2016 14:40
Neftçi yeni futbolçularla bağlı nə vaxt qərar verəcək?
"Neftçi"nin məşqçisi Dmitri Kramarenko komandada baxışda olan Boban Baykoviç (Çernoqoriya), Aleksandr Fertov (Latviya) və Enrike Jonas Pessalli (Braziliya) barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qapıçı Baykoviçin karyerası ərzində buraxdığı kobud səhvlərdən ibarət videoları görməmişəm. Saytlara baxmıram. Biz onu baxışa dəvət etmişik və hazırda komanda ilə məşq edir. "Sumqayıt"la yoxlama oyununda 90 dəqiqə qapıda o durdu. Amma həmin matçda işi elə də çox olmadı. Təcrübəli qapıçı olduğu görünür. Yaxşı səviyyədədir. Fikrimcə, yaxın 3-4 gün ərzində məşqçilər korpus həm Baykoviç, həm də baxışda olan digər futbolçularla bağlı qərar verəcək".
