13 oktyabr 2016 13:20
Aleksandr Bubnov: Azərbaycan seçmə mərhələdə əls sürpriz etdi
Rusiyalı futbol mütəxəssisi Aleksandr Bubnov Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığması bu seçmə mərhələdə əsl sürpriz etdi. Komanda qrup lideri Almaniyadan cəmi 2 xal geri qalır. İnkişaf göz önündədir. Azərbaycanlılar Norveçə qalib gəldilər, çexlərə səfərdə uduzmadılar. Üç oyundan sonrra məğlubiyyətləri yoxdur". (Sportbox.ru)
